Xətai rayonunun Xocalı prospektində yol-nəqliyyat hadisəsi
31.01.2015Yanvarın 31-də saat 01 radələrində Xətai rayonunun Xocalı prospektində Bakı şəhər sakini Teymur Məmmədovun və Ağstafa rayon sakini Varis Məmmədovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşmuşdur. V.Məmmədov və T.Məmmədovun sərnişini - paytaxt sakini Ruslan Mahmudov xəstəxanaya yerləşdirilmiş, V.Məmmədov orada ölmüşdür.
Xətai RPİ tərəfindən araşdırma aparılır.