Nəqliyyat vasitəsini qaçırdığına görə tutulmuş Kamran Mürsəlovun digər cinayət əməlləri müəyyən edilmişdir
29.01.2015Yanvarın 22-də nəqliyyat vasitəsini qaçırdığına görə tutulmuş Kamran Mürsəlovun ətrafında Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il oktyabrın 10-da Vahid Şıxbabayevə məxsus “VAZ-2105” markalı avtomobili də qaçırması, oktyabrın 28-də Səfər Xəlilova məxsus “TOFAŞ” markalı avtomobildən səsgücləndiricilər və sənəd, habelə avtomobilin dövlət qeydiyyat nişanını oğurlaması da müəyyən edilmişdir.