Göygöl rayonunun Quşqara kəndində yol-nəqliyyat hadisəsi
29.01.2015Yanvarın 29-da saat 22 radələrində Göygöl rayonunun Quşqara kəndində Gəncə şəhər sakini Mahir Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırmışdır. Nəticədə sərnişinlərindən həmyerlisi Elşad Balacayev və Tovuz rayon sakini Ofeliya Məmmədova hadisə yerində ölmüş, özü və digər sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Göygöl RPŞ tərəfindən araşdırma aparılır.