Şübhəli şəxs qismində saxlanılmış Sumqayıt şəhər sakini Mehman Novruzovdan narkotik vasitə aşkar edilərək götürülmüşdür
28.01.2015Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Novruzov şübhəli şəxs qismində saxlanılmışdır. Onun üzərinə baxış zamanı 1,09 qram heroin, 119 manat pul, habelə Agsu rayon sakini Yazgül Babayevaya və Sumqayıt şəhər sakini Fidan Qasımovaya məxsus şəxsiyyət vəsiqələri, tələbə bileti və bankomat kartları aşkar edilərək götürülmüşdür.