Bakı şəhər sakini Rakif Hüseynovdan 0,217 qr heroin götürülmüşdür
28.01.2015Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rakif Hüseynovdan 0,217 qram heroin götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Xannənə Ağayevaya, Sevda Məlikovaya, Nərgiz Mərdənovaya, Sura Lütvəliyevaya, Aygün Aslanovaya və Əfsanə Əliməmmədovaya məxsus pul, mobil telefon və sənədləri oğurlaması da müəyyən edilmişdir.