Xəzər rayonunun Şağan qəsəbəsində yol-nəqliyyat hadisəsi
27.01.2015Yanvarın 27-də saat 18 radələrində Xəzər rayonunun Şağan qəsəbəsində Bakı şəhər sakini Şahin Mustafayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Samirə Həsənovanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.