Abşeron rayonunun Masazır qəsəbəsində kafedə qaz balonunun sızmasından yanğına keçən partlayış baş vermişdir
27.01.2015Yanvarın 27-də saat 15 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində qəsəbə sakini Nicat Novruzova məxsus kafedə qaz balonunun sızmasından yanğına keçən partlayış baş vermişdir. Nəticədə kafenin pəncərə şüşələri sınmış, orada təmir işləri aparan qəsəbə sakinləri Elşad Abbasov və Qabil Quliyev yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmişlər.