Bakı şəhər sakini A.İsmayılovu bıçaqla hədələyib pulunu almış N.Musayev saxlanılmışdır
24.01.2015Yanvarın 24-də Bakı şəhər sakini Elşən İsmayılov Xətai RPİ 35-ci PB-yə müraciət edərək 2014-cü il dekabr ayının 24-dən 2015-ci il yanvar ayının 16-dək olan müddətdə 221 saylı orta məktəbdə naməlum şəxsin onun oğlu Aydını bıçaqla hədələyib 5 manatını almasını bildirmişdir.
35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Nurlan Musayev saxlanılmışdır.
Xətai RPİ tərəfindən araşdırma aparılır.