Bakı şəhər sakini X.Tağıyev paytaxt sakini B.Məmmədbəylidən aldığı torpaq sahəsinə aid sənədlərin saxta olması ilə əlaqədar polisə müraciət etmişdir
24.01.2015Yanvarın 24-də Bakı şəhər sakini Xəyal Tağıyev Suraxanı RPİ 31-ci PB-yə müraciət edərək 2014-cü il avqust ayının 19-da paytaxt sakini Bəxtiyar Məmmədbəylidən 3 sot torpaq sahəsi almasını, əvəzində ona "BMW" markalı avtomobilini və 1250 manat verməsini, bu şəxsin ona təqdim etdiyi torpağa aid sənədlərin isə saxta olmasını bildirmişdir.
Araşdırma aparılır.