Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etmiş Bakı şəhər sakini Xəyal Əlimərdanov tutulmuşdur

19.01.2015

Yanvarın 19-da Xəzər rayonunun Buzovna qəsəbəsində Nazim Kərimovun yaşadığı evə açıq qalmış qapıdan girmiş 4 maskalı şəxs bıçaqla ona xəsarət yetirib pul və qızıl əşyalar verməsini tələb etmiş, müqavimətlə rastlaşdıqlarından hadisə yerini tərk edərkən N.Kərimov onlardan birini tutub hadisə yerinə gəlmiş polis əməkdaşlarına təhvil vermişdir.

Xəzər RPİ 2-ci PB əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı həmin şəxsin Bakı şəhər sakini Xəyal Əlimərdanov olması müəyyən edilmiş və hadisəni 3 nəfərlə  birgə törətməsini etiraf etmişdir.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə R.İsgəndərov tutulmuş, digər şəxslərin tutulması üçün tədbirlər davam etdirilir.

19.01.2015 tarixinə olan kriminal məlumatlar