Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi
19.01.2015Yanvarın 19-da saat 07 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Yaşar Gülməmmədovun idarə etdiyi “VAZ-2121” və Tovuz rayon sakini Araz Mədətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Y.Gülməmmədov hadisə yerində ölmüş, A.Mədətovun 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.