Xuliqanlıq etmiş Şəki şəhər sakinləri Vüsal Baqiyev və Fuad Babayev tutulmuş, Natiq Rəhimov müəyyən edilmişdir
19.01.2015Yanvarın 19-da saat 20 radələrində Şəki şəhərində şəxsiyyəti məlum olmayan 3 nəfər şəhər sakini Akif Zamanovu döyərkən yaxınlıqda olan ŞRPŞ Post-Patrul Xidməti Taqımının əməkdaşı, polis serjantı Famil Səmədov (xidmətdən kənar vaxtı) özünü təqdim edərək onları intizama dəvət etmiş, lakin həmin şəxslər tabeçilik göstərməyib F.Səmədova fiziki zor tətbiq etmişlər.
F.Səmədov xəstəxanaya yerləşdirilmişdir.
Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Baqiyev və Fuad Babayev tutulmuş, əvvəllər məhkum olunmuş Natiq Rəhimov müəyyən edilmişdir.V.Baqiyevin və F.Babayevin orta dərəcəli sərxoş vəziyyətdə olmaları müəyyən edilmişdir.
Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.