Quldurluq etdiklərinə görə tutulmuş T.Qələndərovun və N.İsmayılovun Gəncə şəhər sakini M.Zeynalovun evindən oğurluq hadisəsini törətmələri də müəyyən edilmişdir
16.01.2015Yanvarın 14-də quldurluq etdiklərinə görə tutulmuş Tural Qələndərovun və Nicat İsmayılovun ətrafında Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların yanvar ayının 10-na keçən gecə şəhər sakini Mahir Zeynalovun evindən pəncərədən girmək yolu ilə 1 ədəd televizor və 1 ədəd videogörüntü qurğusunu oğurlamaları da müəyyən edilmişdir.