Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonunun Ələt qəsəbəsində yol-nəqliyyat hadisəsi

16.01.2015

Yanvarın 16-da saat 02 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Xocavənd rayon sakini Zöhrab Balakişiyevin idarə etdiyi “VAZ-2107”, Şirvan şəhər sakini Anar Əmənovun idarə etdiyi “KamAZ-5320” və Sabirabad rayon sakini Əsgər Hacıyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur. Z.Balakişiyevin sərnişinlərindən - yeni doğulmuş qızı hadisə yerində ölmüş, digər sərnişinləri - arvadı Aliyə və qayınanası Dilşad Bəhramova xəstəxanaya yerləşdirilmişlər.

BDYPİ tərəfindən araşdırma aparılır.

16.01.2015 tarixinə olan kriminal məlumatlar