Sumqayıt şəhər sakini Mehman Cəfərovdan narkotik vasitə götürülmüşdür
06.01.2015Yanvarın 5-də Sumqayıt şəhərində naməlum şəxs şəhər sakini Dürdanə Namazovaya zor tətbiq edib içəsirisində 150 manat və 100 ABŞ dolları, habelə sənədləri olan pul kisəsini almışdır.
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Cəfərov tutulmuşdur. Ondan 0,306 qram heroin götürülmüşdür.