Xırdalan şəhərinində yerləşən fabrikin qazanxanasındakı qazan partlamışdır
06.01.2015Yanvarın 6-da saat 12 radələrində Xırdalan şəhərinində yerləşən DSB istehsalat fabrikinin qazanxanasındakı qazan partlamışdır (ilkin məlumatlara əsasən buxarın normadan artıq yığılması ilə əlaqədar). Nəticədə orada işləyən Xırdalan şəhər sakinləri Aydın Fətullayev və Miraslan Ağayev hadisə yerində ölmüş, Hicran Babayev, Tahir Ağabalayev və Mirzə Ağabalayev xəstəxanaya yerləşdirilmişlər.
Araşdırmalar aparılır.