Astara rayon sakini Qəni Mirzəyevin həyətində üzərində başqa avtomobilə məxsus dövlət qeydiyyat nişanları olan qaçırılmış avtomobil aşkar edilmişdir
05.01.2015Lənkəran ŞRPŞ, Biləsuvar RPŞ, Masallı RPŞ və Astara RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Astara rayon sakini Qəni Mirzəyevin həyətində “VAZ-2107” markalı avtomobil aşkar edilmişdir. Araşdırmalar zamanı həmin avtomobilin Lənkəran şəhər sakini Ramal Həsənova məxsus, ötən il dekabrın 3-də qaçırılmış "VAZ-2107" markalı avtomobil olması, üzərindəki dövlət qeydiyyat nişanlarının isə Astara rayon sakini Elşən Nəzərova məxsus "VAZ-21013" markalı avtomobilin dövlət qeydiyyat nişanları olması müəyyən edilmişdir.
Q.Mirzəyev və avtomobili ona satmış Masallı rayon sakini Nahid Qasımov tutulmuşlar. N.Qasımov izahatında avtomobili Yardımlı rayon sakini Samiq Adışovdan almasını bildirmişdir.