2 baş inək oğurlamış Füzuli rayon sakinləri Vüsal Quliyev və Zaur Xanmirzəyev tutulmuşlar
05.01.2015Baş Cinayət-Axtarış İdarəsi və Füzuli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də Füzuli rayon sakini Ədalət Quliyevin 2 baş inəyini oğurlamış həmyerliləri Vüsal Quliyev və Zaur Xanmirzəyev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların 2014-cü il noyabr ayının 14-də Kürdmahmudlu kənd sakini Yasin Əliyevə məxsus yardımçı təsərrüfatdan 2 baş inək oğurlamaları da müəyyən edilmişdir.