Gün ərzində 72 cinayət faktı qeydə alınmışdır
16.12.2014Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 72 cinayət faktı qeydə alınmış, onların da 30-u “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 30 nəfər tutulmuşdur.