Sabirabad rayonunun Qaratoğay kəndində evdə baş vermiş yanğın nəticəsində 5 nəfər ölmüşdür
16.12.2014Dekabrın 16-da saat 06 radələrində Sabirabad rayonunun Qaratoğay kənd sakini Mənsumə Rzayevaya məxsus evdə yanğın baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, M.Rzayevanın qızı Nəzakət, gəlini Lamiyə və onun azyaşlı qızları Mənsumə, Yağmur və Gülay yanaraq ölmüş, yanıq xəsarəti almış digər gəlini Sona xəstəxanaya yerləşdirilmişdir.