Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qeyri-rəsmi nigah münasibətlərində olduğu İntima Salmanovaya bıçaqla xəsarət yetirmiş Elşən Mehdiyev tutulmuşdur

11.12.2014

Dekabrın 11-də Suraxanı rayonunun Zığ qəsəbəsindəki bağ evlərinin birində Bakı şəhər sakini Elşən Mehdiyev qısqanclıq zəminində qeyri-rəsmi nigah münasibətlərində olduğu İntima Salmanovaya bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmişdir. İ.Salmanova hadisə yerində ölmüşdür.

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mehdiyev tutulmuşdur.

11.12.2014 tarixinə olan kriminal məlumatlar