Lənkəranın Liman şəhəri M.Ə.Sabir küçəsində təbii qazın sızmasından partlayış baş vermişdir
11.12.2014Dekabrın 11-də saat 08 radələrində Lənkəranın Liman şəhəri M.Ə.Sabir küçəsində təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə evin divarında çatlar əmələ gəlmiş, pəncərə şüşələri sınmış, qapı çərçivədən çıxmış, yanıq xəsarəti almış İ.Zərbiyev, arvadı Elnarə, qızları Aytac, Nərmin və oğlu Kənan xəstəxanaya yerləşdirilmişlər.