Şəmkir rayonunun Dəllər qəsəbəsində Svetlana Abbasovanı bıçaqla qətlə yetirmiş şəxslər tutulmuşlar
10.12.2014Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində dekabrın 5-də Şəmkir rayonunun Dəllər qəsəbəsində Svetlana Abbasovanı bıçaqla qətlə yetirib hadisə yerini tərk etmiş Babək Hüseynov, habelə qətldə iştirak etmiş digər şəxs - Abşeron rayon sakini Sənan Sadıqov tutulmuşlar. Babək Hüseynovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı 40 ədəd 5 manatlıq saxta əskinas və 1 ədəd “Epson” markalı printer aşkar edilərək götürülmüşdür.