Oğurluq etmiş Ağsu rayon sakini Əlisahib Bədəlov və Yevlax rayon sakini İsa Bəkirov saxlanılmışlar
10.12.2014Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 15-də Mətanət Zeynalovaya məxsus mağazadan 200 manat, qızıl əşyalar, kassa aparatı və tütün məmulatı, mayın 15-də Qasım Qasımova məxsus "QAZ-54" markalı avtomobildən isə 2100 kiloqram arpa oğurlamış Ağsu rayon sakini Əlisahib Bədəlov və Yevlax rayon sakini İsa Bəkirov saxlanılmışlar.