Suraxanı rayonunun Zığ qəsəbəsində yaşayan Seyran Cahangirova məxsus evin zirzəmisində təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir
07.12.2014Dekabrın 7-də saat 18 radələrində Suraxanı rayonunun Zığ qəsəbəsində yaşayan Seyran Cahangirova məxsus evin zirzəmisində təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir. Nəticədə evə ziyan dəymiş, yanıq xəsarətləri almış S.Cahangirov və qohumları Cavid Cahangirov, Cabir Cahangirov və Zamid Hüseynov xəstəxanaya yerləşdirilmişlər.