Oğurluq etmiş paytaxt sakini Elşən Mayılov tutulmuşdur
07.12.2014Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin sentyabr ayı ərzində müxtəlif vaxtlarda Bakı şəhər sakinləri N.Həsənovun, M.Məhərrəmovun, Ə.Qurbanovun və F.Hacıyevin evlərindən pul, qızıl və məişət əşyaları, F.Hacıyevin həyətindən isə elektrik avadanlıqları oğurlamış paytaxt sakini Elşən Mayılov tutulmuşdur.