Yevlax rayon sakini Fəxri Şirinzadədən 1 ədəd nömrəsi silmiş tapança və 2 ədəd patron götürülmüşdür
07.12.2014Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 7-də Yevlax rayon sakini Fəxri Şirinzadədən 1 ədəd nömrəsi silmiş “Naqan” tipli tapança və 2 ədəd patron götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 6-da Habil Həsənova məxsus mağazadan ərzaq məhsulları oğurlaması da müəyyən edilmişdir.