Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polis əməkdaşına tabeçilik göstərməyərək xəsarət yetirmiş Bakı şəhər sakini Anar Hüseynov saxlanılmışdır

04.12.2014

Dekabrın 4-də saat 13 radələrində Nərimanov rayonunun Ə.Rəcəbli küçəsində Bakı şəhər sakini Anar Hüseynov idarə etdiyi “BMW” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün Bakı BPİ DYPİ-nin əməkdaşı, polis kiçik serjantı Emin Verdiyev tərəfindən saxlanılmış və sənədlərini təqdim etməsi tələb edilmişdir. Tabeçilik göstərməmiş A.Hüseynov avtomobili hərəkətə gətirərək E.Verdiyevə ayaq nahiyəsindən xəsarət yetirib hadisə yerini tərk etmişdir.

Polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

A.Hüseynov saxlanılmışdır. Araşdırmalar aparılır.