Oğurluq etmiş Balakən rayonunun Şərif kənd sakinləri Mahama Qoqayev və Nəriman Mağlıyev tutulmuşlar
04.12.2014Dekabrın 3-də Balakən rayonunun Şərif kənd sakini Hicran Bağmanovanın evindən pəncərədən girmək yolu ilə qızıl əşyalar oğurlanmışdır.
Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakinləri Mahama Qoqayev və əvvəllər məhkum olunmuş Nəriman Mağlıyev tutulmuşlar. N.Mağlıyevin evinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron və 97 qram marixuana aşkar edilərək götürülmüşdür.