DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Rüstəm Məmmədov, Şabran rayon sakinləri Abbas Quliyev və Nöhəddin Əzizov qanunsuz ov etdikləri üçün saxlanılmışlar

24.11.2014

Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirləri nəticəsində Xızı rayonunun Giləzi qəsəbəsində Bakı şəhər sakini Rüstəm Məmmədov qanunsuz ov etdiyi üçün saxlanılmışdır. Ondan 1 ədəd ov tüfəngi götürülmüş və araşdırmalar aparılması üçün Xızı RPŞ-yə təhvil verilmişdir.

Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirləri nəticəsində Şabran rayonunun Güləmli kəndində rayon sakinləri Abbas Quliyev və Nöhəddin Əzizov qanunsuz ov etdikləri üçün saxlanılmışlar. Onlardan 2 ədəd ov tüfəngi götürülmüş və araşdırmalar aparılması üçün Şabran RPŞ-yə təhvil verilmişlər.

24.11.2014 tarixinə olan kriminal məlumatlar