DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Abşeron rayonunun Təzəkənd kəndində yol-nəqliyyat hadisəsi

24.11.2014

Noyabrın 24-də saat 18 radələrində Abşeron rayonunun Təzəkənd kəndində İsmayıllı rayon sakini Fəxrəddin Babayev idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarında dayanmış Neftçala rayon sakini İsrafil Əhmədova məxsus "Hovo" markalı avtomobilə vurmuşdur. F.Babayev və sərnişinlərindən - İsmayıllı rayon sakinləri Əzizxan Mitəlov və İslam Rəhimov hadisə yerində ölmüş, digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.  

BDYPİ tərəfindən araşdırma aparılır.

24.11.2014 tarixinə olan kriminal məlumatlar