Mübahisə zəminində qonşusu İ.Əsədini itələyərək onun yıxılıb ölümcül xəsarət almasına səbəb olmuş R.Əliyev tutulmuşdur
22.11.2014Noyabrın 22-də Şirvan şəhərində yaşayan Rasim Əliyev mübahisə zəminində qonşusu İlham Əsədini itələyərək yıxmış və yerdə olan dəmir parçası onun qarın nahiyəsinə batmışdır. Xəstəxanaya yerləşdirilmiş İ.Əsədi ölmüşdür.
Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əliyev tutulmuşdur.