Qaradağ rayonunun Sahil qəsəbəsində yol-nəqliyyat hadisəsi
22.11.2014Noyabrın 22-də saat 20 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində Salyan şəhər sakini Rəqib Süleymanovun idarə etdiyi "Mercedes" və Saatlı rayon sakini Xəyal Hüseynovun idarə etdiyi "Hovo" markalı avtomobillər toqquşmuşdur. R.Süleymanovun sərnişinlərindən Bakı şəhər sakini Akif Səlimov hadisə yerində ölmüş, digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.