Münaqişə zəminində Şəmkir şəhər sakini Firuz Zamanovu qətlə yetirənlərin şəxsiyyəti müəyyən edilmişdir
24.11.2014Noyabrın 24-də Şəmkir şəhərində şəhər sakini Firuz Zamanova məxsus mağazaya gəlmiş şəxsiyəti məlum olmayan 2 nəfər münaqişə zəminində onu bıçaqla qətlə yetirib hadisə yerini tərk etmişdir.
Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Şiştəpə kənd sakinləri Laçın Məmmədov və Anar Qurbanov tərəfindən törədilməsi müəyyən edilmişdir.
Şəmkir RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.