Yol-nəqliyyat hadisəsi törətmiş Göygöl rayon sakini Sənan Əmiraslanov tutulmuşdur
14.11.2014Noyabrın 14-də saat 10 radələrində Gəncə şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakinləri İntizar Məmmədova və onun qızı Fatimə vurulmuşdur. Piayadalar xəstəxanaya yerləşdirilmişlər.
Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “VAZ-21074” markalı avtomobilin sürücüsü - Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Sənan Əmiraslanov tutulmuşdur.
Nizami RPİ tərəfindən araşdırma aparılır.