Nərimanov rayonunun Y.V.Çəmənzəminli küçəsində yol-nəqliyyat hadisəsi
14.11.2014Noyabrın 14-də saat 01 radələrində Nərimanov rayonunun Y.V.Çəmənzəminli küçəsində Qusar rayon sakini Elman Beybutov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə həmin ərazidə xidmət aparan Bakı BPİ DYPİ-nin əməkdaşı, polis kiçik serjantı Yaşar Qocalını vurmuşdur. Yaralı xəstəxanaya yerləşdirilmişdir.
Sürücü saxlanılmış, onun sərxoş halda olması müəyyən edilmişdir.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.