Suraxanı rayonunun Ramana qəsəbəsində yol-nəqliyyat hadisəsi
13.11.2014Noyabrın 13-də saat 07 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Rəşad Məmmədov vurulmuş və o, xəstəxanaya yerləşdirilimişdir.
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Mercedes” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Ayaz Novruzov tərəfindən törədilməsi müəyyən edilmiş və o, saxlanılmışdır.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.