Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Emin İbrahimov ölmüşdür
13.11.2014Noyabrın 11-də Sabunçu rayonunun Maştağa qəsəbəsində Bakı şəhər sakinləri Teymur Sağıyevin idarə etdiyi “QAZ-3302” və Emin İbrahimovun idarə etdiyi “VAZ-21154” markalı avtomobillər toqquşmuşdur. E.İbrahimov və 1 sərnişini xəstəxanaya yerləşdirilmiş, E.İbrahimov noyabrın 13-də orada ölmüşdür.
Araşdırma aparılır.