Münaqişə zəminində odlu silahdan atəş açaraq 25-30 yaşlı kişiyə ölümcül xəsarət yetirmiş F.Şükürov Abşeron RPŞ-yə gələrək təslim olmuşdur
31.10.2014Noyabrın 1-nə keçən gecə Abşeron rayonunun Hökməli kəndində Fəqani Şükürov evinin yaxınlığında aralarında baş vermiş münaqişə zəminində ov tüfəngindən atəş açaraq 25-30 yaşlı kişiyə xəsarət yetirmiş və idarə etdiyi “VAZ-2121” markalı avtomobildə Kliniki Tibbi Mərkəzə aparmışdır. Həmin şəxs ölmüşdür.
F.Şükürov könüllü olaraq Abşeron RPŞ-yə gələrək təslim olmuş və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “Etro” markalı ov tüfəngini təhvil vermişdir.