Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini B.Nəsibliyə məxsus mağazadan oğurluq etmiş E.Məmmədov tutulmuşdur

31.10.2014

Oktyabrın 30-da paytaxtın Nizami rayonu Q.Qarayev prospektində Bakı şəhər sakini Bəhram Nəsibliyə məxsus mağazadan qapını sındırmaq yolu ilə 4 ədəd mobil telefon oğurlanmışdır.

Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Məmmədov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 30-da Məhəbbət Rzayevin cibindən 280 manat və Bakı şəhər sakini Yura Taralovla birgə Sərxan Sabirova məxsus mağazadan 60 manat və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Y.Taralov tutulmuşdur.

31.10.2014 tarixinə olan kriminal məlumatlar