Şabran rayon sakinləri Təhməz Məcidov və Sevdi Camayevə xəsarət yetirmiş Əfrail Nurəddinov və onun qardaşı Səxavət tutulmuşlar
28.10.2014Oktyabrın 29-da Xətai rayonu ərazisindən Şabran rayon sakinləri Təhməz Məcidov və Sevdi Camayev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmişlər.
Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Şabran rayon sakinləri Əfrail Nurəddinov və onun qardaşı Səxavət tutulmuşlar.