Nərimanov rayonunun H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi
28.10.2014Oktyabrın 28-də saat 02 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Emil Rəhmanov vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.