Oğurluq etmiş Yevlax rayon sakini Rövşən Cabbarlı tutulmuşdur
19.10.2014Suraxanı RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust-sentyabr-oktyabr aylarında müxtəlif vaxtlarda B.Məmmədovaya, F.Abbasova və Ş.Cəlilova məxsus mağazalardan pul, yaddaş kartı, danışıq kartları, ərzaq məhsulları, tütün məmulatı, habelə mağazadakı “Milli Ön” ödəniş aparatını sındırmaqla pul oğurlamış Yevlax rayon sakini Rövşən Cabbarlı tutulmuşdur.