Oğurluq etdiyinə görə tutulmuş Sumqayıt şəhər sakini Elnur Məmmədovun digər cinayət əməli də müəyyən edilmişdir
19.10.2014Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 2-də Ziya Hüseynova məxsus çay evindən 3 ədəd noutbuk və 3 ədəd oyun kompyuteri oğurlamış şəhər sakini Elnur Məmmədov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, cari il sentyabr ayının 14-də şəhər sakini Cavadxan Rəciyevin 600 manatını oğurlaması da müəyyən edilmişdir.