Xəzər rayonunun Mərdəkan qəsəbəsində yol-nəqliyyat hadisəsi
19.10.2014Oktyabrın 20-də saat 15 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsində Bakı şəhər sakini Elşən Ağayev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən paytaxt sakini Validə Teymurovanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.