Sabirabad rayonunun Şəhriyar kənd sakinləri Şahin Ağayev və Şamil Abbasovun oğurluq etmələri müəyyən edilmişdir
15.10.2014Oktyabrın 16-da Sabirabad rayonunun Şəhriyar kənd sakini Şahbala Abuzərov RPŞ-yə müraciət edərək cari il may ayının 15-dən oktyabr ayının 16-dək olan müddətdə həyətindən 500 ədəd ot bağlamasının oğurlanmasını bildirmişdir.
RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun kənd sakinləri Şahin Ağayev və Şamil Abbasov tərəfindən törədilməsi müəyyən edilmişdir.