Binəqədi rayonunun Cavadxan küçəsində yol-nəqliyyat hadisəsi
15.10.2014Oktyabrın 16-da saat 23 radələrində Binəqədi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Rəşad Kərimovun idarə etdiyi “Grand Cherokee” və Sumqayıt şəhər sakini Sevil Abbasovanın idarə etdiyi “Lifan” markalı avtomobillər toqquşmuşdur. S.Abbasova hadisə yerində ölmüş, 2 sərnişini, habelə R.Kərimov xəstəxanaya yerləşdirilmişlər.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.