Xəzər rayonu Binə qəsəbəsindən qəsəbə sakini Maksim Məmmədova məxsus avtomobil qaçırılmışdır
28.09.2014Sentyanrın 28-nə keçən gecə Xəzər rayonu Binə qəsəbəsindən qəsəbə sakini Maksim Məmmədova məxsus “VAZ-2101” markalı avtomobil qaçırılmışdır.
Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış qəsəbə sakinləri 16 yaşlı 3 oğlan (R.Z, X.S və X.İ) tutulmuşdur. R.Z-nın ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini, 15 yaşlı oğlan (Q.Q) ilə birgə sentyabrın 8-də Arif Əliyevə məxsus “Saipa” markalı avtomobili qaçırması da müəyyən edilmiş və o da saxlanılmışdır.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.