Sentyabrın 29-da küləyin güclənməsi nəticəsində avtomobillərə üzərlərinə düşən müxtəlif predmətlərdən ziyan dəymişdir
28.09.2014Sentyabrın 29-da küləyin əsməsi nəticəsində Nəsimi rayonu H.Əliyev küçəsində Abşeron rayon sakini Mübariz Əhmədova məxsus “Mercedes” markalı avtomobilinin üzərinə binanın üstündən dəmir parçası, Xətai rayonu Naximov küçəsində Bakı şəhər sakini Zakir Məmmədova məxsus “Nissan” markalı avtomobilin üzərinə eyvandan şkaf, M.Hadi küçəsində Məmmədtağı Məmmədova məxsus “Opel” markalı avtomobilin üzərinə ağac düşmüşdür. Xəsarət alan olmamış, avtomobillərə qismən ziyan dəymişdir.
Sentyabrın 29-da küləyin əsməsi nəticəsində Nərimanov rayonu Ə.Vahid küçəsində Sumqayıt şəhər sakini Ramin Hacıbalayevə məxsus “Chevrolet” markalı avtomobilin üzərinə ağac düşmüşdür. Xəsarət alan olmamış, avtomobilə qismən ziyan dəymişdir.