Xəzər rayonu Türkan qəsəbəsində yol-nəqliyyat hadisəsi
26.09.2014Sentyabrın 27-də saat 18 radələrində Xəzər rayonu Türkan qəsəbəsində Qəbələ rayon sakini Əhliman Süleymanovun idarə etdiyi “Hovo” və Bakı şəhər sakini Pərvin Fətullayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. P.Fətullayev və 2 sərnişini xəstəxanaya yerləşdirilmiş, sərnişinlərdən Sənan Mirzəyev orada ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.